Aşura günü küçə yürüşləri qadağan olunacaq

Aşura günü küçə yürüşləri qadağan olunacaq
  11 Noyabr 2013    Oxunub:1148
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ölkədə Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi
gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək.
Azərbaycanın bütün məscidlərində və ziyarətgahlarda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq.

Müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, bu il Aşura günü noyabrın 14-nə təsadüf edir.


AzVision.az


Teqlər:  





Xəbər lenti