Xaçmaz rayonu ərazisində Qusar rayon sakini C.Quliyev elektrik dirəyinin üstünə düşməsi nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 8-də Xaçmaz rayonu ərazisindəki “AZENCO” ASC-də, orada işləyən Qusar rayon sakinləri Cərulla Quliyev və Nurlan Rəhimov təmir işləri aparan zaman elektrik dirəyi onların üstünə düşüb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş C.Quliyev orada ölüb.