Şəkidə canavar hücumu

Şəkidə canavar hücumu
  09 Noyabr 2013    Oxunub:1628
Şəkidə canavarlar mal-qaranı parçalayıb. AzVision.az APA- ya istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, dünən axşam saatlarında Şəkinin Daşüz kəndində otlaq sahəsindən evə qayıdan mal-qaraya canavarlar hücum edərək iki baş inəyi parçalayıb. Onların dediyinə görə, son iki ay ərzində azğınlaşmış canavarların mal-qaraya hücumunun intensivləşməsi səbəbindən kənd sakinlərinə məxsuz 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu tələf olub.

Şəki şəhər İcra Hakimiyyətinin Daşüz Kənd İcra Nümayəndəsinin müavini Rövşən Məmmədov APA-ya mövcud faktı təsdiqləyib və bu hadisəyə görə əlaqədar təşkilatlara müraciətlər olunacağı bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə belə halların baş verməsinin əsas səbəblərindən biri də kənd əhalisinin mal-qaranı səllim şəkildə buraxmasıdır, xüsusən də axşam saatlarında heyvanların küçələrdən vaxtında yığışdırılmamasıdir.


Teqlər:





Xəbər lenti