“Quş qripi”nin nəticələri bəlli olacaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinq zamanı köçəri quşların məskunlaşdığı bütün ərazilərdə seçmə üsulla ovlanan quşlardan nümunələr götürülür. Eləcə də ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından qan və patoloji materiallar götürülərək müayinə üçün laboratoriyaya təqdim edilir. Bütün nümunələr respublika baytarlıq laboratoriyasında müayinə olunacaq və nəticələr noyabrın 15-də ictimaiyyətə açıqlanacaq.
Ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.