Gəncədə bayraq günü - FOTOLAR

Gəncədə bayraq günü - FOTOLAR
  08 Noyabr 2013    Oxunub:2807
Bu gün Gəncənin Bayraq Meydanında bayram tədbiri keçirilib. Tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvləri və fəalları, hüquq-mühafizə orqanlarının nümayəndələri, ali və ümumtəhsil məktəblərinin kollektivləri, ziyalılar, gənclər qatılıblar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev gəncəliləri 9 noyabr Bayraq Günü münasibətilə təbrik edib və bu bayramın çox əlamətdar bir dövrdə keçirildiyini vurğulayaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı dünyanın 180-dən artıq müstəqil dövlətinin bayrağı ilə bir sırada dalğalanır. Ölkəmiz üçrəngli Dövlət Bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

Prezident seçkisinin nəticələrinə toxunan icra başçısı bildirib ki, hər bir Gəncə sakini bu seçkilərdə fəal və yüksək səviyyədə iştirak edərək, əzm və qətiyyətini ortaya qoyub. Bu seçkilər Azərbaycanın demokratik, hüquqi, qüdrətli bir ölkə olduğunu dünyaya bəyan etdi və beynəlxalq nüfuzunu daha da yüksəltdi.

Bayram tədbirinin sonunda Gəncənin incəsənət ustalarının geniş proqramla konserti olub.





Süsən Tağıyeva
Gəncə



Teqlər:  





Xəbər lenti