“Ermənilər qəbiristanlığa gedənləri atəşə tutur” - İcra nümayəndəsi
Ağdam rayonunun Əhmədağalı kənd icra nümayəndəsi Məhərrəm Quliyev Azvision.az -a bildirib ki, bu cür hallar tez-tez baş verir və əhali rahat şəkildə təsərrüfatla məşğu ola bilmir.
“Baş Qərvəndlə Mirəşelli kəndinin qəbiristanlığı birdir. Sakinlər qəbiristanlığa gedəndə Mirəşellidən keçirlər. Yaralanan xanım Baş Qərvənd sakinidir. O, yolu keçəndə erməni tərəfi atəşə tutub. Güllənin biri qadına dəyib. Düşmən tez-tez təxribata əl atır. Mirəşelli, Çıraqlı kəndlərinin sakinləri təsərrüfatla məşğul ola bilmirlər. Ermənlər mülki şəxsləri atəşə tutur, insanlara göz açmağa imkan vermirlər. Mütəmadi olaraq atəşkəsi pozurlar. Sakinləri sahədə işləməyə qoymurlar, güllələr yağdırırlar. Qəbiristanlığa gedən yollar risklidir. Heç kim təminat verə bilməz ki, ermənilər atmayacaq. İnsanlar əzizlərinin məzarlarını rahat ziyarət edə bilmirlər”.
Şahanə Rəhimli
Azvision.az