Ölkə üzrə 228 min ton pambıq yığılıb

Ölkə üzrə 228 min ton pambıq yığılıb
  18 Dekabr 2018    Oxunub:3767
Bugünədək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228003 ton məhsul təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Pambıq yığımında Saatlı (30 min 58 ton), Bərdə (24 min 962 ton), Ağcabədi (22 min 825 ton), Biləsuvar (21 min 773 ton) və Beyləqan (21 min 281 ton) rayonları irəlidə gedir.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: KTN   Pambıq  





Xəbər lenti