Yol qəzalarının 10 aylıq statistikası: 585 ölü, 1383 yaralı

Yol qəzalarının 10 aylıq statistikası:  585 ölü, 1383 yaralı
  20 Noyabr 2018    Oxunub:1727
2018-ci ilin 10 ayı ərzində 1432 yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, bunu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.
Şöbə rəisi bildirib ki, 10 ay ərzində yol qəzalarında 585 nəfər həlak olub, 1383 nəfər isə yaralanıb. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb.

Qeyd edək ki, 2017-ci 10 ayı ərzində respublika üzrə 1499 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 618 nəfər həlak olub, 1406 nəfət isə xərasət alıb.

Azvision.az



Teqlər: Qəza   DYP  





Xəbər lenti