Bakıda yol qəzası- 3 ölü

  26 Oktyabr 2013    Oxunub : 665
Bakıda yol qəzası- 3 ölü
Paytaxtda eyni gündə ölümlə nəticələnən 3 yol qəzası baş verib
Oktyabrın 25-də Bakıda baş vermiş yol qəzalarında 3 nəfər dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 19:30 radələrində Xəzər rayonu Qala-Zirə yolunda Bakı şəhər sakini Etibar Məmmədov idarə etdiyi “MAN” markalı avtomobillə Vyaçeslav Abuşevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Oktyabrın 25-i saat 16:50 radələrində Səbail rayonu E.Əzizov küçəsində də ölümlə nəticələnən yol qəzası olub. Bakı şəhər sakini Fəxrəddin Rzayev idarə etdiyi “CİP” markalı avtomobillə Rəşad Xəlilovu vurub və sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Digər hadisə isə oktyabrın 25-i saat 23:40 radələrində Nizami rayonu Babək prospektində qeydə alınıb. Bakı şəhər sakini İlham Həsənov idarə etdiyi “Kia” markalı avtomobili maneəyə vurub və aldığı xəsarətdən hadisə yerində ölüb.

Teqlər: