FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
  04 Oktyabr 2018    Oxunub:2684
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Mehdili kəndində "Shacman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti