Səfir Daşqın Şikarovdan AzVision.az-a təbrik

Səfir Daşqın Şikarovdan AzVision.az-a təbrik
  02 Oktyabr 2018    Oxunub:4386
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov "Azvision.az" xəbər portalının 6 yaşı tamam olması münasibəti ilə redaksiyanın əməkdaşlarını təbrik edib.
AzVision.az xəbər verir ki, səfirin təbrik məktubunda deyilir:

"Hörmətli Vüsal müəllim,

Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmilriklərindəki Səfirliyinin kollektivi və şəxsən öz adımdan “Azvision.az” informasiya portalının yaradılmasının 6-cı ildönümü münasibətilə təbrik edirik. Yaradıldığı müddətdən bugünədək Azərbaycan informasiya məkanında layiqli yer tuta bilmiş səhifə keyfiyyətli, informativ, operativ və maraqlı materiallarla oxuyucuların rəğbətini qazana bilmişdir ki, yerləşdirilən materialların baxış sayı buna əyani sübutdur.

Bütün bunlar düzgün və peşəkar səviyyədə qurulmuş işin nəticəsidir. Saytın bir neçə dildə fəaliyyət göstərərək gündən-günə yeni uğurlara imza atan ölkəmizin nailiyyətlərini ölkə daxilində və onun hüdudlarından kənarda təbliğ etməsi bir vətəndaş kimi hamımızda qürur hissi yaradır.

Bir daha saytın yaradılmasının altıncı ildönümü münasibətilə sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir, sizə can sağlığı və gələcək fəaliyyətinizdə yeni yeni uğurlar arzulayıram".

AzVision.az


Teqlər: Daşqın-Şikarov   Səfir   Azvision.az  





Xəbər lenti