Həmsədrlər gələn ay bölgəyə səfər edəcəklər

Həmsədrlər gələn ay bölgəyə səfər edəcəklər
  27 Sentyabr 2018    Oxunub:1297
“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı”.
XİN-dən AzVision.az-a verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşünün yekunlarını şərh edərkən bildirib.

“Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti