DİN-dən AzVision.az-a verilən xəbərə görə ,Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 2-də Binnət Hüseynova məxsus 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Rəşad İsmayılov, Roman Əhmədov və əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıblar.