Tbilisidə etirazlar: Polislə qarşıdurma yarandı

Tbilisidə etirazlar: Polislə qarşıdurma yarandı
  12 Sentyabr 2018    Oxunub:2321
Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaşanıb.
Aksiyanın təşkilatçısı Zaza Saralidze və etirazçılar parlamentin qarşısındakı Rustaveli prospektini bağlamağa və çadırlar qurmağa cəhd ediblər. Polis onların bu cəhdinin qarşısını alıb.

Qarşıdurmadan sonra Z.Saralidzenin halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəblilərdən birinin atası Z.Saralidze dünəndən etibarən parlamentin binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir. (Report)

AzVision.az


Teqlər:





Xəbər lenti