Saakaşvili evsiz qaldı - FOTOLAR

Saakaşvili evsiz qaldı - FOTOLAR
  23 Oktyabr 2013    Oxunub:1304
Gürcüstan prezidenti dövlət büdcəsindən maliyyələşən evini tərk edərək öz mənzilinə köçür.
Gürcüstan prezidenti Mixail Saakaşvili prezident seçkisi ilə bağlı dövlət büdcəsi tərəfindən maliyyələşən evindən köçdü. Bu barədə gürcü mətbuatı məlumat yayıb. Son illər ərzində prezident ailəsi ilə birgə Tiflis ətrafında, Didi Diqomi rayonundakı fərdi evdə yaşayıb.

Bu gün dövlət başçısı ailə üzvləri ilə birgə ev əşyalarını toplamağa başlayıb. O, bir necə gün ərizndə şəhərin mərkəzindəki evə köçəcək.

Gürcüstanın "Rustavi" telekanalı prezidentin həyat yoldaşı Sandra Rulovsla birgə toplanmasını əks etdirən görüntülər yayımlayıb. Görüntülərdə Saakaşvili ev mürəbbələrini və müxtəlif məhsulları qablaşdırır.

Birinci xanım onlara kömək məsələrinin həllində Hollandiyadakı valideynlərinin kömək etdiyini deyib. " Valideynlərim bizə çox kömək etdilər. Son bir neçə həftəni bizimlə olublar. Hər şeyi aparıblar, indi elə də çox əşyamız qalmayıb. Amma yenə də bütün bunlar çətin işdir".

"Mənim nənəm evsiz qalıb. Öz torpağını mənə hədiyyə edib. Lakin bu sahə satılacaq və əldə edilən gəlirdən prezident kitabxanasının qurulmasında istifadə ediləcək. Nənəm anamın yanına köçüb”-deyə Gürcüstan prezidenti bilidirb.

Xatırladaq ki, Gürcüstanda prezident seçkisi oktyabrın 27-də keçiriləcək. Saakaşvili iki dəfə seçkidə iştirak etdiyi üçün bu dəfə iştirak etmək hüququnu itirib. Gürcüstan prezidenti bundan sonra da siyasətdə qalacağını bəyan edib.

S. Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti