Məmmədyarov Gürcüstanın yeni səfiri ilə görüşüb

Məmmədyarov Gürcüstanın yeni səfiri ilə görüşüb
  28 Avqust 2018    Oxunub:1583
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAzVision.az-a verilən xəbərə görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.



AzVision.az


Teqlər: Səfir  





Xəbər lenti