Gürcü hərbiçilər növbədən kənar səs verdi - VİDEO

Gürcü hərbiçilər növbədən kənar səs verdi - VİDEO
  22 Oktyabr 2013    Oxunub:1798
Gürcüstanın Əfqanıstanda olan hərbiçiləri növbədənkənar səs verdi.
AzVision.az `georgiatimes`a istinadən xəbər verir ki, regionda vəziyyətin ağırlaşması ilə əlaqədar seçkilər 1 həftə əvvəldən keçirilib. Gürcü vətəndaşları üçün seçki məntəqələri Amerika bazalarında açılıb. Xidmətdən ayrıla bilməyənlər üçün daşına bilən seçki qutuları təşkil edilib. Seçkilər müxtəlif gürcü partiyaları nümayəndələri və müstəqil təşkilatların iştrakı ilə keçib. Əfqanıstanda olan seçki qutuları Tbilisiyə göndərilib. Bu səslərin hesablanması isə bütöv seçki bitdikdən sonra baş tutacaq.

Xatırladaq ki, Gürcüstanda prezident seçkilərinin başlamasına bir neçə gün qalıb. Seçkilərdə hazırki iqtidar partiyasından Georgiy Marqelaşvili, Saakaşvilinin partiyasından David Bakradze və `Demokratik hərəkatlar- Bütöv Gürcüstan` partiyasından olan Nino Burcanadze əsas namizədlər sırasındadır. Onların qalibiyyəti isə əlbətdəki sıravi seçicilərdən aslıdır.




Teqlər:





Xəbər lenti