Şamaxıda şəhid ailələri üçün bina tikilir
Bildirilib ki, yaşayış binasındakı mənzillər Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan növbəlillik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə veriləcək.
Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış olub. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.
Burada onların əmək bazarına çıxışının asanlaşdırılması üçün peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.
AzVision.az