"Bakmil" 2 gün adi rejimdə işləyəcək
Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.
Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı avqust ayının 8-dən saat 8:20-dən 17:00-a qədər müvəqqəti olaraq məhdudlaşdırılıb. Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 20-dən tətbiq ediləcək.
AzVision.az