“Manatın məzənnəsinə spekulyativ hücum oldu” - Baş bankir

“Manatın məzənnəsinə spekulyativ hücum oldu” - Baş bankir
  01 Avqust 2018    Oxunub:10010
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini 10 faiz səviyyəsində saxlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, AMB faiz dəhlizinin yuxarı həddini 12 faiz səviyyəsində saxlamağı qərara alıb.
Belə ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

Baş bankir qeyd edib ki, aprel ayı istisna olmaqla manatın məzənnəsinə spekulyativ hücum oldu və hücum dəf edildi. E. Rüstəmov, həmçinin bildirib ki, ölkədə nağd pul kütləsi 1,4 dəfə azalıb.

AzVision.az


Teqlər: Manat   ABM   Elman-Rüstəmov  





Xəbər lenti