Həyətində narkotik əkən Xudat sakini tutulub
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kq 810 qram təşkil edən hündürlüyü 30-150 sm olan 11 ədəd çətənə kolu və qara rəngli sellofan torbada ümumi çəkisi 500 qramdan artıq olan qurudulmuş marixuana aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını satmaq üçün əkib-becərdiyi bildirib.
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
AzVision.az
Teqlər: