Bir ailənin 3 üzvü yol qəzasında öldü - Yenilənib
Qəza nəticəsində 1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.
Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.
Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmışlar. Onların hamısının yaxın qohum olduğu bildirilir.
***
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinə arxadan çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub. Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: