“Caspian Plaza”dakı yanğınla bağlı rəsmi məlumat

“Caspian Plaza”dakı yanğınla bağlı rəsmi məlumat
  31 İyul 2018    Oxunub:4762
Fövqəladə Hallar Nazirliyi (FHN) “Caspian Plaza”da baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 ədəd qoruyucu açar və 8 p.m elektrik naqilləri yanıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın   Caspian-Plaza  





Xəbər lenti