Bakıda süpürgəçi qadını maşın vurub

Bakıda süpürgəçi qadını maşın vurub
  31 İyul 2018    Oxunub:4271
İyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.
Daxili İşlər Nazirliyindən "AzVision.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb. Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti