30 yaşlı qadın özünü öldürmək istədi

30 yaşlı qadın özünü öldürmək istədi
  31 İyul 2018    Oxunub:4782
Şəkidə 30 yaşlı qadın intihara cəhd edib.
Məlumata görə, bu gün günorta saatlarında rayonun Qoxmuq kənd sakini, 1988-ci il təvəllüdlü Azadə Hikmət qızı Həsənova sağ qolun dirsək və bilək nahiyəsinin kəsilmiş yarası ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlum olub ki, Azadə Həsənova bilərəkdən qolunu kəsici alətlə kəsib. Azadə Həsənovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Şəki   İntihar  





Xəbər lenti