Qubada yanğınların yayılmasının qarşısı alınıb

Qubada yanğınların yayılmasının qarşısı alınıb
  30 İyul 2018    Oxunub:4271
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AzVision.az-a verilən məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub. İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Quba   Yanğın  





Xəbər lenti