Keçmiş məhkumlar yenidən cinayət törətdilər

Keçmiş məhkumlar yenidən cinayət törətdilər
  28 İyul 2018    Oxunub:4440
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 2-də və 8-də şəhər sakinlərinə məxsus 2 velosipedi oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Teymur Fərəcov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Fəqani Soltanov da saxlanılıb.


AzVision.az


Teqlər: DİN  





Xəbər lenti