DTHİB seçkiləri müşahidədə ayrıseçkilik edir

DTHİB seçkiləri müşahidədə ayrıseçkilik edir
  17 Oktyabr 2013    Oxunub:1345
"ATƏT ölkələrində seçkiləri müşahidə sahəsində qayda-qanun yaratmağın vaxtıdır"

Siyasət “ATƏT ölkələrində seçkiləri müşahidə sahəsində qayda-qanun yaratmaq lazımdır, bu proses bütün ölkələrdə bərabər səviyyədə həyata keçirilməlidir”. Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov RİA Novosti-yə müsahibəsində belə deyib.

Rusiyalı nazir müavini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) əsas vəzifələrini xatırladıb. DTİHB üzv dövlətlərdə keçirilən seçkilərin monitorinqini aparmalıdır deyən Meşkov qurumun ATƏT ölkələrində keçirilən seçkilərdə müşahidə apararkən ayrıseçkiliyə yol verdiyini bildirib. Onun sözlərin görə ,birincisi heç də bütün ATƏT ölkələrində müşahidə aparılmır, ikincisi, bu müşahidəçilik heç də hər yerdə eyni səviyyədə həyata keçirilmir.

“Monitorinq daha çox Vyanadan Şərqə doğru aparılır. Məsələn, Azərbaycan və Tacikistanda bir neçə yüz adamdan ibarət tam formatlı müşahidə missiyası fəaliyyət göstərdiyi halda, sentyabrın 22-də Almaniyada keçirilən parlament seçkilərini Büronun tövsiyəsi ilə cəmi 2 ekspert müşahidə edib ”-deyən Rusiya XİN müavini bu sahədə qayda-qanun yaratmağın vaxtının yetişdiyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti