Rusiyada yeni HİV virusu yayılıb

Rusiyada yeni HİV virusu yayılıb
  17 Oktyabr 2013    Oxunub:1327
Rusiyanın Sibir bölgəsində bir araşdırma mərkəzi yeni HİV virusu kəsb ediblər.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, mərkəz həmin virusun digərləri ilə müqayisəd daha tez yayıldığını vurğulayıb.

Novosibirsk Koltsova Mərkəzindən Natalya Gaşnikovanın açıqlamasına görə, yeni yayılan bu virus təkcə Rusiyada deyil, eyni zamanda Çeçenistan, Qırğızıstan və Qazaxıstanda da yayılıb.

Rusiya Federal AİDS Mərkəzində isə 2007-ci ildə 2000 olan QİÇS-li xəstələrin sayı 2012-ci ildə 15 minə qədər yüksəlib.

Qeyd edək ki, dünyada 34,2 milyon HİV-ə yoluxmuş xəstə var və hər il təxminən 1,7 milyon insan bu xəstəlik səsəbiylə həyatını itirirlər.


Teqlər:





Xəbər lenti