Dirilən adam yenidən edam olunacaq

Dirilən adam yenidən edam olunacaq
  17 Oktyabr 2013    Oxunub:1065
Ölüm hökmünün hələ də icra olunduğu İranda qeyri-adi hadisə baş verib.
Narkotik maddələri əldə etmək və satmaq maddəsi ilə ittiham edilərək asılma cəzasına məhkum edilən bir şəxs möcüzə nəticəsində sağ qalıb. Əli Rza adlı şəxs Bojnourd şəhərində meydanlardan birində qurulan dar ağacının altına gətirilir və ona hökm oxunaraq kəndir boğazına keçirilir.

12 dəqiqə ipdən asılı qalan gəncin tərpənmədiyini görən hakimlər cəsədin morqa aparılmasına razılıq verib. Edamdan sonrakı gün meyidi soyuducudan çıxaran tibbi personal isə şoka düşüb. Sən demə Əli Rza ölməyib. Dərhal xəstəxanaya çatdırılan cinayətkara həkimlər köməklik göstərib.

Amma möcüzəvi qurtuluş narkotik alverçisinin işinə yaramayıb. Məhkəmədən bildirilib ki, ona tibbi yardım göstərildikdən sonra hökm təkrar həyata keçiriləcək. Xatırladaq ki, bu ilin əvvəlindən İranda 560 nəfər edam edilib. Onlardan 200-ü hazırkı prezident Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra asılıb.


Teqlər:





Xəbər lenti