ABŞ Konqresi büdcə layihəsini təsdiq etdi

ABŞ Konqresi büdcə layihəsini təsdiq etdi
  17 Oktyabr 2013    Oxunub:1747
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin dövlət borcunun yuxarı həddinin artırılmasına icazə verən büdcə layihəsini qəbul edib.
AzVision.az-ın «Reuters»ə istinadən verdiyi məlumata görə, bununla da ABŞ-da texniki defoltdan qaçmaq və dövlət müəssisələrinin işini bərpa etmək mümkün olacaq.

Nümayəndələr Palatasında məsələ ilə bağlı səsvermə dünən axşam (Bakı vaxtı ilə bu gün səhər saatlarında) keçirilib. Qanun layihəsinin lehinə 285, əleyhinə isə 144 konqresmen səs verib. Sənədi ABŞ Senatı da qəbul edib.

Xatırladaq ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar və səhiyyə islahatlarında maliyyələşdirmə məsələsində Senata nəzarət edən demokratlar arasındakı fikir ayrılıqları oktyabrın 1-də ABŞ-da başlayan yeni maliyyə ilində büdcə layihəsinin Konqres tərəfindən qəbul edilməsinə imkan verməmişdi. Nəticədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar işini dayandırıb, 800 min nəfər dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib.


Teqlər:





Xəbər lenti