Laosda təyyarə qəzası: 44 ölü

Laosda təyyarə qəzası: 44 ölü
  17 Oktyabr 2013    Oxunub:1150
Təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvündən heç kimin xilas olmadığı bildirilir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Asiya ölkələrindən Laosa uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər həlak olub.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Tailand Xarici İşlər nazirliyinin nümayəndəsi Sek Vannameçee yayıb.

Nazirlik əməkdaşı, Lao Hava yollarına məxsus təyyarənin naməlum səbəblərdən qəzaya uğradığını bildirib.

Paytaxtdan Laosun cənubundakı Pakse şəhərinə uçan təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvündən heç kimin xilas olmadığı bildirilir. Sərnişinlər arasında 5 nəfər Tailand vətəndaşının olduğunu qeyd edilir.


Teqlər:  





Xəbər lenti