İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
  16 Oktyabr 2013    Oxunub:1224
Bu gün günorta saatlarında İranın Mərkəzi vilayətində zəlzələ baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, məlumatıTehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytı yayıb. Təbii fəlakətin episentri İranın Mərkəzi vilayətinin Nobaran bölgəsinə təsadüf edib.

4,7 bal gücündə olan zəlzələ oktyabrın 16-da Bakı vaxtı ilə günorta saat 12:49-də (Tehran vaxtı ilə 12:19-da) yerin 2 km dərinliyində qeydə alınıb. Təbii fəlakət Nobarandan 15 km, Qarqdan 17 km, Razəqandan 18 km və Tehrandan 154 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.


Teqlər:





Xəbər lenti