Türkiyə İncirliyi Rusiyaya verə bilər

Türkiyə İncirliyi Rusiyaya verə bilər
  09 İyul 2018    Oxunub:3667
Türkiyə cənubdakı İncirlik hərbi aviabazasını NATO-ya bağlayaraq Rusiyanın istifadəsinə verə bilər.
AzVision.az xəbət verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rəsmi dəvətilə Ankaradakı inaqurasiya mərasiminə qatılan Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Çox güman ki, Ərdoğan iki prezidentlik müddətində - 2028-ci ilədək Türkiyənin prezidenti olacaq. Türkiyə irəliyə doğru böyük sıçrayış edəcək. Əsas odur ki, Türkiyə Rusiyanın tərəfdaşı olaraq qalsın. Biz onu istənilən növ hücumdan müdafiə edə bilərik. Ola bilsin ki, İncirlik NATO üçün bağlanacaq və bizə veriləcək. Ərdoğan hakimiyyətdə olduğu müddətdə Türkiyə ilə bağlı pis heç nə baş verməyəcək. Və biz onun rəhbərliyi altındakı ölkənin uğurlarına yalnız sevinə bilərik”, – deyə Jirinovski vurğulayıb.

O, həmçinin bildirib ki, Ərdoğan Türkiyədə hansısa “narıncı inqilab”ların olmasına imkan verməyəcək.

Qeyd edək ki, İncirlik aviabazası Türkiyə, ABŞ və Böyük britaniya hərbi hava qüvvələri tərəfindən istifadə olunur və NATO-nun Avropadakı taktiki nüvə silahlarının yerləşdiyi 6 hərbi bazasından biridir. Vaşinqtonla Ankara arasında yaşanan gərginliklə əlaqədar ABŞ-ın İncirlik aviabazasını tərk edəcəyilə bağlı dəfələrlə məlumatlar yayılmışdı. Lakin həm Ankara, həm də Vaşinqton yayılan xəbərlərin doğru olmadığını bildirmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   ABŞ   NATO   İncirlik  





Xəbər lenti