Poçtla göndərilən bağlamalardan narkotik çıxdı - FOTO

Poçtla göndərilən bağlamalardan narkotik çıxdı - FOTO
  07 İyul 2018    Oxunub:3319
Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçərilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib. Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0.073 kq təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.

Rusiya Federasiyasından Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb.

Belə ki, ümimi çəkisi 0.800 kq olan bağlamadan 45 ədəd nakotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.

Aşkar edilən faktlar son dövrlərdə beynəlxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamalarla bağlı gömrük yoxlamalarının şübhə altına alınmasının, gömrük orqanlarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir.





AzVision.az


Teqlər: Gömrük   Poçt   Narkotik  





Xəbər lenti