İmişlidə yanğın olub

İmişlidə yanğın olub
  04 İyul 2018    Oxunub:1972
İmişli rayonunda ümumi sahəsi 570 m² (hər mərtəbəsi 285 m²) olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 m² olan taxta sexinin və çardağın yanar konstruksiyaları 365 m² sahədə yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: İmişli   Yanğın   FHN  





Xəbər lenti