"Şor" partiyası Avropa İttifaqını ittiham etdi

"Şor" partiyası Avropa İttifaqını ittiham etdi
  30 Aprel 2024    Oxunub:1028
Moldovada fəaliyyəti qadağan edilmiş müxalifət partiyası olan "Şor"un lideri İlan Şor (Rusiyayönümlü siyasətçi kimi tanınır-red.) prezident Maya Sandunun ünvanına sərt ittihamlar səsləndirib.
O, dövlət başçısının mayın 9-da Qələbə günü deyil, Avropa Günü kimi qeyd ediləcəyi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib ki, Sandu ölkəni Avropa İttifaqının hərbi poliqonuna çevirmək istəyir.

Qərb Moldovanı "ikinci Ukrayna"ya çevirir?
“Avropa İttifaqı üçün Moldova hərbi təlim meydanças. Vətəndaşlarımız isə hərbi avantüraların potensial iştirakçıları sayılır. İnsanlarımızı əllərində silahla istənilən nöqtəyə ata bilərlər. Onların dünyası belədir. Həmçinin xüsusi olaraq Sandu üçün təkrar edirəm 9 May Qələbə Günüdür!”, - o, Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Sandu “Avropa dünyası” haqqında növbəti dəfə yalan fikirlər səsləndirib. "Avropalılar isə Maya kimi prinsipsiz axmaqlardan istifadə etməkdən xoşbəxtdirlər”, - deyə müxalifətçi bildirib.

Moldova prezidenti dünən Brüsseldə keçirilən Avropa İttifaqı büdcəsinin formalaşdırılması üzrə illik konfransın açılışında çıxış edərək bildirib ki, Aİ Ukrayna və Moldova üçün “XXI əsr Marşal planı” (1947-ci ildə elan edilmiş Marşal Planı İkinci Dünya Müharibəsindən sonra Amerikanın Avropaya yardım proqramı olub-red.)hazırlamalıdır. Bu, Rusiyadan hərbi və hibrid hücumlara görə reallaşmalıdır. Sandu həmçinin vurğulayıb ki, ölkəsində mayın 9-da Qələbə deyil, Avropa Günü qeyd olunacaq. Çünki “Aİ sülh layihəsidir”.
AzVision.az



Teqlər:   Moldova  





Xəbər lenti