Bakı-Sumqayıt qatarları yolda qaldı - FOTO

Bakı-Sumqayıt qatarları yolda qaldı - FOTO
  04 İyul 2018    Oxunub:4070
Enerji təchizatında yenidən yaranan fasilə ilə əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yenidən problem yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 3 qatar enerji fasiləsi zamanı yolda qalıb.

"Qatarları dartaraq ən yaxın olan Biləcəri və Bakı sərnişin vağzalına gətiriblər. Sərnişinlərin hər biri təxliyə olunub və onların ödəniş haqları geri qaytarılıb",- deyə S.Qədirova qeyd edib.



AzVision.az


Teqlər: Qatar   Sumqayıt  





Xəbər lenti