Kamikadzelər qazdıqları quyuya özləri düşdü

Kamikadzelər qazdıqları quyuya özləri düşdü
  14 Oktyabr 2013    Oxunub:1771
Əfqanstanda parlayışlar törətmək istəyən kamikadzelərin bütün planları alt-üst olub.
Əfqanıstanın Qəndəhar, Uruzqan və Helman vilayətlərində parlayışlar törətmək istəyən kamikadzelərin bütün planları alt-üst olub.

AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, baş verən partlayışlarda 4 nəfər kamikadze ölüb, 2 kamikadze də yaralanıb.

Yerli hökumət nümayəndələrinin verdiyi məlumata görə, Qəndəhar vilayətində ölən kamikadzelər üzərlərinə bağladıqları partlayıcı maddələrin işə düşməsi nəticəsində həlak olublar.

Uruzqan vilayətində isə motosikletə bağlanmış bombanın partlaması nəticəsində iki nəfər kamikadze məqsədlərinə çatmadan ölüblər.

Helmand vilayətində də partlayıcı bağlanmış motosiklet partlayıb və iki nəfər kamikadze ağır yaralanıb.


Teqlər:





Xəbər lenti