Bir evdə 2 ton hərbi ləvazimat və 64 kiloqram partlayıcı maddə

Bir evdə 2 ton hərbi ləvazimat və 64 kiloqram partlayıcı maddə
  14 Oktyabr 2013    Oxunub:1267
Fransada bir evdə çoxlu sayda silah və partlayıcı aşkarlanıb.
AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada jandarma ölkənin Alp-Maritim departamentinin Baldeblor şəhərində 64 yaşlı sakinin evində axtarış apararkən çoxlu sayda silah və partlayıcı maddə aşkarlayıb.

Özünü yerli atıcılıq klubunun prezidenti kimi təqdim edən və kolleksiyaçı olduğunu bildirən şəxsin evində 2 ton hərbi ləvazimat və 64 kiloqram partlayıcı maddə aşkar edilib. Müxtəlif kalibrli 122 silah, o cümlədən 20 “Kalaşnikov” avtomatı, 50 detonator jandarmlar tərəfindən götürülmüşdür.

Evin sahibi həbs olunmuş və onun barəsində cinayət işi açılmışdır.


Teqlər:





Xəbər lenti