Gürcüstan vətəndaşı Bakıda cinayət törətdi

Gürcüstan vətəndaşı Bakıda cinayət törətdi
  14 İyun 2018    Oxunub:1308
İyunun 12-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini G.Quliyevaya zor tətbiq edib içərisində 150 manatı, mobil telefonu, şəxsiyyət vəsiqəsi və kosmetik əşyaları olan çantasını alıb qaçıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Elşən Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Polis   DİN  





Xəbər lenti