Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR+VİDEO

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR+VİDEO
  13 İyun 2018    Oxunub:1408
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152-mm toplardan döyüş atışlı məşqlər keçirib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.



Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.








AzVision.az


Teqlər: MN   Təlim  





Xəbər lenti