Ötən gün 106 cinayət faktı qeydə alınıb

Ötən gün 106 cinayət faktı qeydə alınıb
  06 İyun 2018    Oxunub:887
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların 25-i “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Həbs  





Xəbər lenti