Azərbaycanda ksenotransplantasiya qadağan edilir

Azərbaycanda ksenotransplantasiya qadağan edilir
  04 İyun 2018    Oxunub:1180
Azərbaycanda ksenotransplantasiya rəsmən qadağan edilir.

AzVision.az xəbər verir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna yeni maddə əlavə edilir.
Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əksini tapıb.

Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.

Dəyişiklik layihəsi sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə ediləcək.

AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti