Gədəbəydə ağır qəza - 2 sürücü ölüb

Gədəbəydə ağır qəza - 2 sürücü ölüb
  04 İyun 2018    Oxunub:2063
Gədəbəydə ağır yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də saat 19 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndində Kiçik Qaramurad kənd sakini Nail Qarayevin idarə etdiyi “VAZ-2107” və Hacalılar kənd sakini Aydın İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, A.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sürücülər orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti