Yasaqlıqda baş verən yanğın söndürülüb

Yasaqlıqda baş verən yanğın söndürülüb
  04 İyun 2018    Oxunub:1117
Bu gün saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.

Hadisə yerinə dərhal ETSN-nin və FHN-nin əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.

AzVision.az


Teqlər: ETSN   Yanğın  





Xəbər lenti