Bakıda NATO ilə əməkdaşlıq müzakirə olunub

Bakıda NATO ilə əməkdaşlıq müzakirə olunub
  30 May 2018    Oxunub:1033
Mayın 30-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri (TM)” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi və mümkün olan yeni Tərəfdaşlıq məqsədləri müzakirə olunub.

AzVision.az


Teqlər: MN   NATO  





Xəbər lenti