Göyçayda məktəbli qızı maşın vurub

Göyçayda məktəbli qızı maşın vurub
  03 May 2018    Oxunub:2172
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.
Rayonun Qaraxıdır kəndində Dilqəm Səlimov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub.

Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Göyçay   Qəza   Piyada  





Xəbər lenti