Şimali Koreya bütün nüvə və raket sınaqlarını dayandırdı

Şimali Koreya bütün nüvə və raket sınaqlarını dayandırdı
  21 Aprel 2018    Oxunub:1163
Şimali Koreya lideri Kim Çen In ölkəsində nüvə və raket sınaqları aparılmasının dondurulduğunu, nüvə poliqonunda işlərin dayandırıldığını bəyan edib.

AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Ryonxap" agentliyi məlumat yayıb.
"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq", -deyə məlumatda bildirilib.

Qeyd edilib ki, qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.

AzVision.az


Teqlər: KXDR   Nüvə   Raket  





Xəbər lenti