Ötən il Bakıda 94 uşaq evdə doğulub

Ötən il Bakıda 94 uşaq evdə doğulub
  05 Aprel 2018    Oxunub:1993
“Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3099 müraciət daxil olub, hospitalizasiya 3084, tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub ki, onların da 93-ü hospitalizasiya olunub.”
AzVision.az xəbər verir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, küvez aparatlarının köməyi ilə paytaxtın doğum evlərində anadan olan az çəkili, ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib. İ.Əliyeva bildirib ki, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895 olub. Belə ki, bu hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir:

“Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20 114, hospitalizasiya 12 543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub. Keçən il Stansiyaya nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub”.

İ.Əliyeva qeyd edib ki, 2017-ci ildə təcili yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib.

AzVision.az



Teqlər: Təcili-Yardım   Küvez  





Xəbər lenti